ABŞ PUA-sı İran səmasında vuruldu
İran ordusu ölkənin hava məkanını pozduğu bildirilən ABŞ-ə məxsus MQ-1 pilotsuz uçuş aparatını Bəndər-Abbas şəhəri üzərində vurub.
Crossmedia.az xəbər verir ki, İran ordusunun mətbuat xidməti bu barədə məlumat yayıb.
Ordunun açıqlamasında bildirilir ki, PUA İranın cənubundakı Bəndər-Abbas şəhəri üzərində hava məkanına daxil olub.
“Bir neçə dəqiqə əvvəl hava məkanını pozan MQ-1 PUA ordunun hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla vurularaq məhv edilib”, – deyə İran ordusunun mətbuat xidmətinin açıqlamasında qeyd olunub.
Hadisənin ABŞ və İran arasında gərginliyin davam etdiyi bir vaxtda baş verdiyi bildirilir. İran tərəfi PUA-nın hansı məqsədlə hava məkanına daxil olduğunu açıqlamayıb.
18:35 08.09.2026
Oxunuş sayı: 47