Qəzzada REABİLİTASİYA BÖHRANI: 10 min xəstə yardım gözləyir
Qəzzada İsrailin hücumları nəticəsində 5 min nəfərin ətrafları amputasiya edilib, 10 min xəstənin isə intensiv və uzunmüddətli reabilitasiyaya ehtiyacı yaranıb.
Crossmedia.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi bu barədə Dünya Fizioterapiya Günü ilə bağlı yaydığı açıqlamada məlumat verib.
Nazirliyin məlumatına görə, Qəzzada 300 nevroloji və onurğa beyni zədələnməsi də qeydə alınıb. Müəssisə bu ağır xəsarətlərin müalicəsi və sonrakı reabilitasiyası üçün tibbi xidmətlərə ehtiyacın kəskin artdığını bildirib.
Nazirlik qeyd edib ki, fizioterapiya və tibbi reabilitasiya xidmətləri artıq əlavə tibbi yardım deyil, minlərlə yaralı və xəstə üçün həyati əhəmiyyət daşıyan müalicəyə çevrilib. Bu xidmətlərin əsas məqsədlərindən biri yaralılar arasında daimi əlilliyin qarşısını almaqdır.
Ümumdünya Səhiyyə Təşkilatının 2026-cı ilin mayında açıqladığı məlumatlarda da Qəzzada 2023-cü ilin oktyabrından bəri 5 mindən çox ətraf amputasiyasının qeydə alındığı və on minlərlə insanın uzunmüddətli reabilitasiyaya ehtiyac duyduğu bildirilib.
18:08 08.09.2026
Oxunuş sayı: 40