Almaniya dron və kiberhücumlara qarşı yeni plan hazırlayıb
Almaniya Daxili İşlər Nazirliyi tanınmayan pilotsuz uçuş aparatlarına (PUA) və kiberhücumlara qarşı mübarizə tədbirlərini nəzərdə tutan yeni plan hazırlayıb.
Crossmedia.az xəbər verir ki, “Bild” bu barədə məlumat yayıb.
Məlumata görə, Berlin, Hamburq, Hannover, Düsseldorf, Köln, Leypsiq, Münhen, Frankfurt-am-Mayn və Ştutqart hava limanlarının yaxınlığında əsas vəzifəsi dronlarla mübarizə olacaq mobil polis bölmələrinin yerləşdirilməsi planlaşdırılır.
Oxşar bölmələrin dəmiryol vağzallarının yaxınlığında, eləcə də Berlinin hökumət kvartalında yerləşdirilməsi nəzərdə tutulur.
Plan çərçivəsində süni intellekt texnologiyalarından da istifadə olunacaq. Xüsusilə dəmiryol vağzallarında üz tanıma və videomüşahidə sistemlərinin tətbiqi planlaşdırılır.
Kiberhücumlarla mübarizə üçün isə dövlət qurumlarının və şirkətlərin sistemlərinə müdaxilə cəhdlərini müəyyənləşdirərək qarşısını almalı olan “Cyberdome” sistemindən istifadə edilməsi nəzərdə tutulur.
13:42 06.09.2026
Oxunuş sayı: 41