Zaporojyedə GECƏNİN SƏSSİZLİYİ POZULDU: şəhərdə gərgin anlar
Ukraynanın nəzarətində olan Zaporojye şəhərinin bir neçə rayonunda yanğınlar baş verib.
Crossmedia.az xəbər verir ki, “Ukrinform” bu barədə məlumat yayıb.
Məlumata görə, şəhərin bir neçə ərazisində eyni vaxtda yanğın başlayıb. Hadisənin səbəbləri və mümkün tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, sentyabrın 5-də səhər saatlarında Odessada da partlayış səsləri eşidilib. Həmin vaxt şəhərdə hava hücumu xəbərdarlığı qüvvədə olub.
Gecə saatlarında isə Borispolda partlayış səsləri qeydə alınıb. Kiyev vilayətinin bəzi rayonlarında partlayışlar zamanı hava hücumu xəbərdarlığı elan edilib.
Rusiya Müdafiə Nazirliyi isə Ukraynaya yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə qrup zərbəsi endirildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, Odessa vilayətində logistika mərkəzi və Ukrayna ordusu üçün silah-sursat və digər hərbi yüklər daşıyan quru yük gəmisi vurulub.
Kiyev vilayətində isə “Svyatopetrovski” logistika mərkəzi, yanacağın saxlanılması və paylanması üçün iki obyekt, həmçinin radio və radiotexniki kəşfiyyat mərkəzinin hədəfə alındığı bildirilib.
11:43 05.09.2026
Oxunuş sayı: 56