ABŞ-də məxfi məlumat sızıntısı: 50 nəfər sorğuya çəkildi
ABŞ-də hərbi sursat ehtiyatlarının azalması ilə bağlı məlumat sızıntılarından sonra 50 hərbçi və mülki vəzifəli şəxs poliqraf testindən keçirilib.
Crossmedia.az xəbər verir ki, ABŞ mediası bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ araşdırmaçıları məxfi məlumatların sızdırılması ilə bağlı araşdırma çərçivəsində hərbi və mülki şəxslərdən poliqraf testləri götürüblər.
Araşdırmanın əsas diqqət mərkəzində ABŞ-nin bəzi sursat ehtiyatlarının vəziyyəti ilə bağlı məlumatların mediaya necə sızması məsələsi dayanır.
11:27 05.09.2026
Oxunuş sayı: 55