Jakiroviçin gələcəyi bəlli oldu: “Hall Siti” ilə yeni sözləşmə
Hall Siti'nin baş məşqçisi Sergej Jakiroviç klubla yeni müqavilə imzalayıb.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Bosniyalı mütəxəssisin yeni müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Razılaşmada müqavilənin 2028–2029 mövsümünün sonunadək uzadılması üçün əlavə bənd də yer alıb.
49 yaşlı Jakiroviç 2025-ci ilin iyununda “Hall Siti”nin baş məşqçisi təyin olunub. O, ilk mövsümündə komandanı İngiltərə Premyer Liqasına yüksəltməyi bacarıb.
“Hall Siti” Çempionşipdə əsas mərhələni 6-cı pillədə başa vuraraq pley-offa vəsiqə qazanıb. Komanda yarımfinalda “Milluoll”u, finalda isə “Midlsbro”nu məğlub edərək Premyer Liqaya yüksəlib.
Jakiroviçin rəhbərliyi altında “Hall Siti” 2026–2027 mövsümündə Premyer Liqaya da uğurlu başlayıb. Komanda ilk iki oyunda “Mançester Yunayted”i 2:0, “Koventri Siti”ni isə 1:0 hesabı ilə məğlub edib
10:28 05.09.2026
Oxunuş sayı: 41