Tramp: Putin və Zelenski bir-birinə nifrət edir
ABŞ prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə və Ukrayna lideri Volodimir Zelenskinin bir-birinə nifrət etdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, tərəflər arasındakı qarşıdurma artıq şəxsi xarakter alıb.
Ağ Ev rəhbəri müharibəni başa çatdırmaq üçün planının olduğunu deyib və Rusiya ilə Ukraynanın ayda orta hesabla 25 min hərbçi itirdiyini iddia edib.
Tramp, həmçinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşneri danışıqlar aparmaq üçün göndərdiyini bildirərək, Görək nə əldə edə bilərik deyə əlavə edib. Uitkoff və Kuşnerin Moskva və Kiyevə səfərləri ilə bağlı planların hazırda müzakirə edildiyi bildirilir.
23:40 04.09.2026
Oxunuş sayı: 70