Tehran səmanı tam nəzarətə götürür
İranın hava hücumundan müdafiə qüvvələrinin şəxsi heyəti ölkə üzrə 3 800-dən çox mövqedə yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Fars News” agentliyi məlumat yayıb.
Məlumata görə, qüvvələr səhralar, sahil zolaqları, adalar və dağlıq ərazilər də daxil olmaqla, müxtəlif bölgələrdə yerləşdirilib. Ordunun hava hücumundan müdafiə qüvvələrinin koordinasiya üzrə rəisi Məhəmməd Sadiqiyan əsas vəzifələrin hava hədəflərinin aşkar edilməsi, müəyyənləşdirilməsi, izlənilməsi və onlara qarşı tədbir görülməsi olduğunu bildirib.
Sadiqiyan İranın hava hücumundan müdafiə sistemlərinin ölkə üzərində və sərhədlərindən kənarda uçan obyektləri izlədiyini də qeyd edib.
21:25 01.09.2026
Oxunuş sayı: 43