Fransalı səfir Zəngəzura səfər edib
Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi diplomatik missiyasını başa vurmazdan əvvəl Sünik vilayətinə (Zəngəzur) səfər edib.
Crossmedia.az xəbər verir ki, Politico bu barədə məlumat yayıb.
Diplomat Kapan şəhərində Sünik vilayətinin qubernatoru Robert Qukasyanla görüşüb. Dekotinyi görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edərək Qukasyanı “Sünikin dayanıqlılığının təcəssümü” adlandırıb.
Səfirin Ermənistanla bağlı diplomatik fəaliyyətini başa vurmazdan əvvəl Azərbaycanın sərhədlərinə yaxın bölgəyə səfəri Fransanın Cənubi Qafqaz siyasəti baxımından diqqət çəkib.
Fransanın bölgədə, xüsusilə Ermənistanın cənubunda fəallığı son dövrlərdə Bakı ilə Paris arasında fikir ayrılıqlarının mövzularından biri olub. Dekotinyinin Sünikə səfəri də Fransanın regiondakı siyasi və diplomatik maraqları fonunda qiymətləndirilir.
Olivye Dekotinyinin Ermənistandakı missiyasını başa vuraraq Parisə qayıtması gözlənilir.
10:33 31.08.2026
Oxunuş sayı: 49