İran Hərbi Dəniz Qüvvələri Trampın açıqlamasını təkzib edib
İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani ABŞ Prezidenti Donald Trampın İran donanmasının məhv edilməsi ilə bağlı dəfələrlə səsləndirdiyi iddiaları rədd edib.
Crossmedia.az xəbər verir ki, Şəhram İrani İran Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətini qoruduğunu və qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə davam etdiyini bildirib.
“Donanma sağ-salamatdır, öz missiyasını güc və iradə ilə yerinə yetirməyə davam edir. Sevimli İranın müdafiəsi, eləcə də böyük İran xalqının təhlükəsizliyinin təmin edilməsi və qorunması üçün səylərimizi əsirgəməyəcəyik”, – deyə İrani bildirib.
20:50 30.08.2026
Oxunuş sayı: 51