Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
Azərbaycanın iki şahmat klubu oktyabrın 17-23-ü aralığında Monteneqronun Budva şəhərində keçiriləcək Avropa Kubokundə iştirak edəcək.
Bu barədə Crossmedia.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Kişi və qadınlardan ibarət klublar arasında keçiriləcək yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.
Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev "Vüqar Həşimov" klubunda çıxış edəcəklər. Klubun kapitanı Sərxan Həşimov olacaq.
Qadınların yarışında isə ölkənin aparıcı şahmatçılarında formalaşan "Odlar Yurdu" klubu mübarizə aparacaq. "Odlar Yurdu"nun heyətinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunub. Kapitan Nicat Abasovdu.
14:20 15.10.2026
Oxunuş sayı: 56