SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan etdi
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edir
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) mətbuat xidmətindən verilən məlumata görə, Agentlik müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Müsabiqədə ali, orta-ixtisas və ya tam orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş, yaşı 26-dək, boyu 1.85 sm və ondandaha hündür, idman cüssəli, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. Namizədlər Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron, Hacıqabul, Ucar, Zərdab, Ağdaş, Göyçay, Goranboy, Yevlax, Bərdə və Şəmkir rayonlarında qeydiyyatda olmaqla yaşayan və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilmiş şərtlərə cavab verməlidirlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, fiziki və psixoloji gərgin olmasını, eləcə də xidmətin növbəli, bəzi hallarda isə əsas iş vaxtından əlavə müddətdə aparılacağını nəzərə alaraq, müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır. Müsabiqə zamanı ali təhsilli, xarici dillərdən hər hansı birini bilən və kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcəkdir.
Fiziki hazırlıq üzərə nəzərdə tutulan minimal normativlər:
100 m məsafəyə qaçış: 14.0 saniyə
1000 m məsafəyə qaçış: 4.00 dəqiqə
Turnikdə dartınma: 12 dəfə
Müsabiqədə iştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsilə [email protected] ünvanına — Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Kadrlar Baş İdarəsinə göndərməlidirlər. Elektron ərizə forması göndərilərkən əlavə məlumat göndərilməsinə zərurət yoxdur. Müraciətlər üçün yalnız yuxarıda qeyd edilmiş şərtlərə uyğun gələn vətəndaşların nəzərə alınacağı, digər hallarda isə qəbul edilməyəcəyi bildirilir.
Ətraflı məlumat almaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq mümkündür:
📞 +994 (12)-435-45-39
📞 +994 (12)-435-45-46
13:57 15.10.2026
Oxunuş sayı: 57