Tramp: Venesuela nefti ABŞ xalqına “hədiyyə” olacaq
ABŞ Prezidenti Donald Tramp ölkənin Strateji Neft Ehtiyatının Venesueladan əldə edilən neft hesabına yenidən doldurulacağını bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Trampın sözlərinə görə, ehtiyatın “tam doldurulması” prosesi yaxın vaxtlarda başlayacaq. O, Venesuela neftini ABŞ xalqı üçün “hədiyyə” adlandırıb.
Reuters-in məlumatına görə, ABŞ Strateji Neft Ehtiyatından son illərdə əhəmiyyətli həcmdə istifadə olunub və hazırda ehtiyat təxminən 290 milyon barel təşkil edir.
20:00 30.08.2026
Oxunuş sayı: 52