Türkiyədə Zəfər Bayramı: Ərdoğandan xüsusi mesaj
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə təbrik mesajı yayıb.
Crossmedia.az xəbər verir ki, Ərdoğan 104 il əvvəl xalqın bütün çətinliklərə baxmayaraq nümayiş etdirdiyi əzm, cəsarət və qətiyyətin bu gün də Türkiyə üçün ən güclü motivasiya mənbəyi olduğunu bildirib.
Türkiyə Prezidenti Böyük Zəfərin baş komandanı Qazi Mustafa Kamal Atatürkü və silahdaşlarını minnətdarlıqla yad edib, şəhidlərə Allahdan rəhmət, qazilərə isə təşəkkürlərini çatdırıb.
10:42 30.08.2026
Oxunuş sayı: 58