Əsrlərdən gələn əlyazma Bill Geytsə milyonlara başa gəldi
Leonardo da Vinçinin elmi qeydlərini və müşahidələrini əks etdirən “Codex Leicester” dünyanın ən bahalı satılan əlyazmalarından biri hesab olunur.
Crossmedia.az xəbər verir ki, “Guinness World Records” bu barədə məlumat yayıb.
Əlyazma 11 noyabr 1994-cü ildə Nyu-Yorkda keçirilən “Christie’s” hərracında 30 milyon 802 min 500 dollara satılıb. Əsəri “Microsoft”un həmtəsisçisi Bill Geyts satın alıb.
Leonardo da Vinçinin təxminən 1508-1510-cu illərdə hazırladığı əlyazmada suyun hərəkəti, hidrodinamika, hidravlika, geologiya, paleontologiya, astronomiya və meteorologiya ilə bağlı qeydlər və təsvirlər yer alır.
“Guinness World Records”un məlumatına görə, “Codex Leicester” inflyasiya nəzərə alınmaqla dünyanın ən bahalı satılmış kitabı kimi də qeyd olunur.
06:20 30.08.2026
Oxunuş sayı: 59