Barselonada meşə yanğını: 14 min sakin üçün təcili qərar
Barselonanın yaxınlığındakı Kolserola təbiət parkında baş verən güclü meşə yanğını yaşayış məntəqələrinə doğru yayılıb və ərazidəki minlərlə sakinə evlərini tərk etməmək tapşırılıb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb. Məlumata görə, yanğın nəticəsində təxminən 35 hektar meşə sahəsi yanıb. Alovun yayılması səbəbindən yerli hakimiyyət Torre-Barro və Sütat-Meridiana rayonlarında yaşayan azı 14 min sakinə evlərindən çıxmamaq barədə göstəriş verib.
Hazırda yanğının yaşayış ərazilərinə daha da yaxınlaşmasının qarşısının alınması üçün tədbirlər görülür.
13:09 26.08.2026
Oxunuş sayı: 53