Yujnı limanına zərbə – hərbi yüklər hədəfə alınıb
Rusiya Silahlı Qüvvələri Ukraynanın Yujnı limanında hərbi təyinatlı yüklər çatdıran iki quru yük gəmisinə zərbə endirib.
Crossmedia.az ˝TASS˝a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, zərbələr nəticəsində Ukrayna Silahlı Qüvvələri üçün hərbi əmlakın saxlanıldığı dörd anbar da məhv edilib.
19:54 25.08.2026
Oxunuş sayı: 46