Rusiya müharibənin bitəcəyi tarixi açıqlayıb
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev Rusiya-Ukrayna müharibəsinin 2030-cu ilə qədər başa çatdırılmalı olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
“Biz bu vaxta qədər, 2030-cu ilə qədər Ukraynada Rusiya-Ukrayna müharibəsini tamamilə başa çatdırmalıyıq. Prezidentin dediyi kimi, bunu silahlı qüvvələrimizin qələbəsi, mütləq qələbəsi ilə başa çatdırmalıyıq”, – deyə Sobolev bildirib.
20:24 24.08.2026
Oxunuş sayı: 54