Döyüş təyyarəsi saniyələr içində məhv oldu
Macarıstanda “Gripen” qırıcısı qəzaya uğrayıb. Hadisə ölkənin Solnok şəhəri yaxınlığında baş verib.
Crossmedia.az xəbər verir ki, “Gazeta.ru” bu barədə məlumat yayıb.
Macarıstanın Baş naziri Peter Magyar “X” hesabında bildirib ki, qəzanın səbəbi hələlik məlum deyil. Pilot təyyarədən vaxtında katapult edərək sağ qalıb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb və mülki infrastruktura ziyan dəyməyib.
Qəza ilə bağlı araşdırma başlayıb. Macarıstanın müdafiə naziri Romulus Rusin-Sendi hadisə yerinə yollanıb. Pilotun təyyarəni mümkün qədər hərbi əraziyə endirməyə çalışdığı bildirilib.
Qeyd edək ki, Solnok Macarıstanın paytaxtı Budapeştdən təxminən 100 kilometr cənub-şərqdə yerləşir.
15:09 24.08.2026
Oxunuş sayı: 65