İran hərbi sərgiləri dayandırıb: Səbəb açıqlanıb
İran Müdafiə Nazirliyi hərbi sərgilərin və müdafiə sənayesinin yeni nailiyyətlərinin təqdimatlarının dayandırılmasının səbəbini açıqlayıb. Crossmedia.az xəbər verir ki, İran Müdafiə Nazirliyinin sözçüsü bu barədə məlumat yayıb.
Nazirlik nümayəndəsinin sözlərinə görə, hərbi sərgilərin əvvəlki və bu il keçirilməməsinin əsas səbəblərindən biri rəqibi gözlənilməz vəziyyətə salmaqdır.
O bildirib ki, təqdimatların dayandırılması həmçinin İranın müdafiə sənayesinə dair məlumatların və məxfi məlumatların qorunmasına xidmət edir.
12:39 22.08.2026
Oxunuş sayı: 53