ABŞ: Kanada ticarət sazişini yekunlaşdırmaqdan imtina edib
ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir Kanada ilə ticarət sazişinin yekunlaşdırılmasından imtina edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qririn sözlərinə görə, Kanada Vaşinqtonla ticarət razılaşmasının yekunlaşdırılmasına razı olmayıb. Açıqlama ABŞ-nin Kanada məhsullarına yeni tariflər tətbiq etməsindən əvvəl verilib.
Məlumata görə, tərəflər arasında ticarət danışıqları davam edir.
10:54 22.08.2026
Oxunuş sayı: 60