İsveçrədə milyarderlər üçün milyonlarla avroluq sığınacaqlar tikilir
İsveçrə Alplarında varlı şəxslər üçün nəzərdə tutulan yüksək təhlükəsizlikli yeraltı saxlanc kompleksləri inşa edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Məlumata görə, kompleks Brüniq dağ massivində təxminən 100 metr dərinlikdə yaradılır. Müştərilərə 99 illik icarə ilə qorunan xüsusi sahələr təklif olunur.
Bu məkanlarda qiymətli zinət əşyaları, incəsənət əsərləri, lüks avtomobillər, şərab kolleksiyaları və məxfi məlumatların saxlanılması nəzərdə tutulur. Belə anbarların qiyməti 1 milyon avrodan başlayır.
Layihə dünyanın ən varlı şəxsləri üçün təhlükəsiz və uzunmüddətli saxlanc imkanları yaratmağa yönəlib.
23:59 21.08.2026
Oxunuş sayı: 68