Türkiyə yeni sualtı silahını nümayiş etdirdi
Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN KILIÇ adlı avtonom pilotsuz sualtı aparatını təqdim edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Şirkətdən bildirilib ki, bu sistem su altında hərəkət edə və düşmən hədəflərini zərərsizləşdirmək imkanına malikdir.
KILIÇ tipli avtonom sualtı sistemlərin istehsalı dünyada yalnız bir neçə ölkədə həyata keçirilir. Yeni aparat Türkiyənin sualtı müdafiə texnologiyaları sahəsində imkanlarını genişləndirməyə yönəlib.
23:43 21.08.2026
Oxunuş sayı: 52