Tramp Ağ Evlə bağlı yeni dəyişikliyə icazə verdi
ABŞ Ali Məhkəməsinin sədri Con Roberts Donald Tramp administrasiyasına Ağ Evin şərq qanadında bal zalının tikintisini davam etdirməyə icazə verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qərara əsasən, Tramp administrasiyasının layihə üzrə işləri davam etdirməsinə mane olan məhdudiyyətlər aradan qaldırılıb.
Məlumata görə, sözügedən zal Ağ Ev kompleksinin genişləndirilməsi layihəsi çərçivəsində inşa olunur. Layihə ilə bağlı müzakirələr və hüquqi proseslər davam edir.
23:29 21.08.2026
Oxunuş sayı: 50