Zelenski mütləq vəhşilik adlandırdığı hücuma cavab verəcəyini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Krivoy Roq şəhərinə endirilən Rusiya zərbəsinə münasibət bildirib və hücumu sərt şəkildə pisləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zelenski hadisəni mütləq vəhşilik adlandıraraq Rusiyanı ittiham edib və bildirib ki, Ukrayna bu hücuma cavab verəcək.
Ukrayna lideri daha əvvəl də Krivoy Roqa edilən hücumlarla bağlı açıqlamalarında hər bir zərbəyə cavab veriləcəyini bəyan edib.
22:32 21.08.2026
Oxunuş sayı: 62