Milyonlarla rublluq mallar üçün yeni müdafiə sistemi yaradılıb
Wildberries marketpleysi və Rosqosstrax sığorta şirkəti tərəfdaş fufilment mərkəzlərində yerləşən malların pilotsuz uçuş aparatları (PUA) hücumları ilə bağlı risklərdən könüllü sığortalanması xidmətini istifadəyə verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Şirkətdən bildirilib ki, yeni sığorta mexanizmi terror aktları, diversiyalar, PUA hücumları və onların nəticəsində malların zədələnməsi və ya itirilməsi hallarını əhatə edir. Məsələn, PUA qalıqlarının düşməsi nəticəsində baş verən yanğın zamanı zərər görən məhsullar üçün də kompensasiya nəzərdə tutulur.
Sığorta proqramı çərçivəsində kompensasiyanın məbləği hər məhsul üzrə 50 min rubla qədər, bir sığorta hadisəsi üzrə isə 100 min rubla qədər təşkil edə bilər.
Wildberries bildirib ki, xidmət satıcıların logistika risklərindən qorunmasına yönəlib və məhsulların çatdırılması, sifariş məntəqələrində saxlanması və geri qaytarılma mərhələlərində qüvvədə olur.
22:16 21.08.2026
Oxunuş sayı: 54