Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Portuqaliya yığmasını məğlub edib
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda ilk matçını keçirib.
Crossmedia.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Portuqaliya millisi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının 3:1 (25:22, 23:25, 27:25, 25:20) hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, komanda turnirdə növbəti görüşünü avqustun 23-də İspaniya millisinə qarşı keçirəcək.
Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq.
21:35 21.08.2026
Oxunuş sayı: 48