Zaxarova Polşanın Baş nazirini sərt tənqid edib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın Baş naziri Donald Tuskun “Şimal axınları” qaz kəmərlərinin partladılması ilə bağlı açıqlamalarını tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zaxarovanın sözlərinə görə, Varşavanın “Şimal axınları”nın partladılması məsələsində nümayiş etdirdiyi mövqe gələcəkdə Polşanın özünün həyati maraqlarına və təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
“Şimal axınları” ilə bağlı mövqenin təhlükəli presedent yaratdığını bildirən Zaxarova bu cür yanaşmaların beynəlxalq münasibətlərdə dağıdıcı nəticələrə səbəb ola biləcəyini qeyd edib.
21:24 21.08.2026
Oxunuş sayı: 49