8 İslam ölkəsi İsrailə qarşı birləşdi
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanata əsasən, Türkiyə, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ İsrailin işğal altındakı Fələstin ərazilərində davam etdirdiyi məskunlaşdırma siyasətini qınayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bəyanatda İsrailin Şərqi Qüdsün şərqində E1 yaşayış məntəqələrinin tikintisi planı və bununla bağlı fəaliyyətlərə qarşı çıxıldığı bildirilib. Ölkələrin xarici işlər nazirləri bu addımların beynəlxalq hüququ və BMT qətnamələrini pozduğunu qeyd ediblər.
Həmçinin bəyanatda israilli məskunlaşanların Fələstin xalqına və onların əmlakına qarşı törətdiyi zorakılıq aktları da pislənib. Nazirliklər bu cür fəaliyyətlərin regionda və beynəlxalq miqyasda sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığını vurğulayıblar.
20:46 21.08.2026
Oxunuş sayı: 51