Ukraynada müştərilər getdi, restoranların gəliri artdı
Araşdırmaya görə, müştəri axınının azalmasına baxmayaraq, restoran sektorunda vəziyyət kritik həddə çatmayıb.
Crossmedia.az xəbər verir ki, ˝Poster POS˝-un məlumatına görə, araşdırma Ukraynanın bütün bölgələrindən olan 11 555 iaşə müəssisəsinin satış statistikası əsasında aparılıb.
Belə ki, Ukrayna iaşə müəssisələrinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıb.
Gəlirlərin əsas artım səbəbi orta çekin yüksəlməsi olub. 2026-cı ilin yanvar-iyul aylarında restoran və kafelərdə orta hesab məbləği 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb.
Ekspertlər bildirirlər ki, qiymət artımının əsas səbəbi məhsulların bahalaşması, əməkhaqqı xərclərinin yüksəlməsi, icarə, kommunal xidmətlər və logistika xərclərinin artmasıdır. Başqa sözlə, müəssisələr daha az müştəriyə xidmət göstərsələr də, daha yüksək qiymətlər hesabına gəlirlərini artıra bilirlər.
Analitiklər 2026-cı ilin yanvar-iyul göstəricilərini 2025-ci ilin eyni dövrü ilə müqayisə ediblər.
Kiyevdə isə restoran sektorunda vəziyyət daha mürəkkəb olub. Qış aylarında çətin şərtlərə görə paytaxtdakı restoranların təxminən 15 faizi fəaliyyətini dayandırmağa məcbur qalıb. Lakin yaz aylarında fəaliyyətini davam etdirən müəssisələr gəlirlərdə artım qeydə alıblar.
Mütəxəssislərin fikrincə, bağlanan restoranların sayına baxmayaraq, vəziyyət əvvəlcədən proqnozlaşdırıldığı qədər ağır olmayıb. Əvvəllər müəssisələrin 20 faizədək hissəsinin fəaliyyətini dayandıra biləcəyi ehtimal edilirdi.
05:10 22.08.2026
Oxunuş sayı: 55