Azərbaycan pambıq lifi ixracından gəlirini 25 % artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 97,3 min ton pambıq lifi ixrac edib.
Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 137,1 milyon ABŞ dolları təşkil edib.
Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 21 min ton (27,5 %), dəyər baxımından isə, 27,4 milyon ABŞ dolları (24,9 %) çoxdur.
Hesabat dövründə pambıq lifinin ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,7 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
17:51 21.08.2026
Oxunuş sayı: 47