Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Tivi kənd ərazi icra nümayəndəliyində seçiciləri ilə növbəti görüşünü keçirib.
Crossmedia.az xəbər verir ki, deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.
Prezident İlham Əliyevin 2026-cı il 12 avqust tarixli Sərəncamına əsasən, əsaslı təmir olunacaq avtomobil yolları sırasında Ordubad rayonunun Biləv–Bist–Ələhi–Xurs–Nürgüt–Tivi–Nəsirvaz yolunun da yer alması sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkürlərini bildiriblər.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
15:55 21.08.2026
Oxunuş sayı: 50