Məşhur şirkətin vergi borcu AŞKARLANDI
“Baku Electronics” MMC-nin 87 min 316 manat vergi borcunun olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə şirkətin vergi borcu kommersiya qurumlarının dövlət reyestrindəki məlumatlarda əks olunub.
Qeyd edək ki, “Baku Electronics” 2001-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 16 milyon 746 min 300 manatdır. Qanuni təmsilçisi Səid Nəxçavani göstərilir. O, eyni zamanda “Vvaft Coffee” MMC-nin də rəhbəridir.
“Baku Electronics”in sahibi “NAB Holdinq” şirkətidir. Holdinq Azərbaycanda “Bank of Baku”, “Baku Electronics” və “Auto Azərbaycan” kimi şirkətlərin əsas sahibi kimi göstərilir.
Mənbənin məlumatına görə, “NAB Holdinq” Türkiyədə qeydiyyatdan keçib. Türkiyə mediasında holdinqin İdarə Heyətinin sədri Behram Erominin İran əsilli iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu barədə məlumatlar yayılıb. Bu məlumatın təkzib edilmədiyi qeyd olunur.(plat.az)
15:54 21.08.2026
Oxunuş sayı: 53