Queen qrupunun keçmiş basçısı Barri Mitçell 76 yaşında vəfat edib
Məşhur “Queen” rok qrupunun keçmiş basçısı Barri Mitçell 76 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, "GB News" bu barədə məlumat yayıb.
Mitçell “Queen” tarixində qrupun ikinci bas gitaristi olub. O, 1970-ci ilin avqustundan 1971-ci ilin yanvarınadək qrupun heyətində çıxış edib. Daha sonra onun yerinə Con Dikon gəlib.
Mitçell qrupun erkən dövründə Freddi Merkuri, Brayan Mey və Rocer Teylorla birlikdə çıxış edib. Onun “Queen”dəki fəaliyyəti təxminən altı ay davam edib və bu müddətdə qrupun 13 konsertində iştirak edib.
Onun vəfatı barədə “Queen” qrupunun rəsmi arxivçisi Qreq Bruks məlumat verib. Bruks Mitçelli qrupun erkən dövrünün mühüm üzvü kimi xatırlayıb və onun qrupun tarixçəsi ilə bağlı danışdığı xatirələrin dəyərli olduğunu qeyd edib.
15:24 21.08.2026
Oxunuş sayı: 37