Danimarka Almaniyaya köməkdən imtina etdi
Danimarka hakimiyyəti iki il əvvəl Almaniya polisi tərəfindən “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin partladılması işi üzrə aparılan istintaq çərçivəsində dindirmələrin keçirilməsinə kömək etməkdən imtina edib.
Crossmedia.az xəbər verir ki, “Danmarks Radio” (“DR”) bu barədə Almaniya prokurorluğunun ittiham aktına istinadən məlumat yayıb.
Məlumata görə, Danimarka hakimiyyəti Bornholm adası və Kristiansö arxipelaqında araşdırma aparılmasından mümkün təhlükəsizlik risklərinə görə imtina edib. Danimarka dövlət prokurorunun bu barədə qərarı 2024-cü il fevralın 14-də qəbul etdiyi bildirilir.
“DR” jurnalistləri Danimarka hakimiyyətindən sənədlərə çıxış əldə etməyə çalışsalar da, prokurorluq belə bir sənədi tapa bilmədiyini açıqlayıb.
“Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində partlayışlar 2022-ci il sentyabrın 26-da Baltik dənizində, Danimarkanın Bornholm adası yaxınlığında baş verib.
Almaniya istintaqının məlumatına görə, diversiyanı ukraynalı dalğıclardan ibarət qrup təşkil edib.
Avqustun 19-da Almaniyanın “Legal Tribune Online” (“LTO”) nəşri mənbələrə istinadən “Şimal axını” partlayışları ilə bağlı şübhəli şəxslərdən biri – ukraynalı dalğıc təlimatçısı Vladimir Juravlevin Xorvatiyada saxlanıldığını yazıb.
Almaniya hüquq-mühafizə orqanlarının partlayışlarda şübhəli bildiyi Juravlevin 2025-ci ilin avqustunda İtaliyanın Rimini şəhərində saxlanılan Sergey Kuznetsovla birlikdə 2022-ci ilin sentyabrında baş vermiş diversiyanın birbaşa icraçıları olduğu və partlayıcıların yerləşdirilməsində iştirak etdikləri iddia edilir.
15:23 21.08.2026
Oxunuş sayı: 43