İmran Xanla bağlı GÖZLƏNİLMƏZ QƏRAR
Pakistanın sabiq Baş naziri İmran Xan xəstəxanada müayinədən keçirildikdən sonra yenidən həbsxanaya qaytarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri məlumat verib.
Əvvəlcə səhhətinin pisləşməsi səbəbindən İmran Xanın sentyabrın ortalarınadək həkim nəzarəti altında xəstəxanada qalacağı planlaşdırılırdı.
Lakin aparılan müayinə prosesinin başa çatmasından sonra sabiq baş nazirin səhhətinin qənaətbəxş olduğu bildirilib və o, yenidən həbsxanaya göndərilib.
14:23 21.08.2026
Oxunuş sayı: 50