Tramp müttəfiqlərinə sərt reaksiya verdi
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin uzanması və Tehrana qarşı sürətli qələbənin əldə olunmaması səbəbindən Yaxın Şərqdəki müttəfiqlərinə qarşı mövqeyini sərtləşdirib.
Crossmedia.az xəbər verir ki, “The Washington Post” ekspertlərə istinadən bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp son günlər Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə, o cümlədən Omana qarşı daha sərt açıqlamalar verir. Ekspertlər bunu ABŞ liderinin İran üzərində tez bir zamanda qələbə qazanmağın mümkün olmamasından artan narazılığı ilə əlaqələndirirlər.
İsraillə birlikdə İrana qarşı hücumların başlanmasından təxminən altı ay keçməsinə baxmayaraq, Vaşinqton hələ də Tehrandan əsas güzəştləri, o cümlədən Hörmüz boğazı ilə bağlı tələblərin qəbulunu əldə edə bilməyib.
Bununla yanaşı, silah ehtiyatlarının azalması fonunda Tramp hələlik yeni genişmiqyaslı hərbi əməliyyata başlamaqdan çəkinir və iqtisadi təzyiqin artırılmasına üstünlük verir.
“The Washington Post” yazır ki, tətbiq olunan sanksiyalar da indiyədək İran rəhbərliyini mövqeyini dəyişməyə məcbur etməyib.
12:25 21.08.2026
Oxunuş sayı: 48