Azərbaycanda neft ehtiyatları əhəmiyyətli şəkildə tükənəcək - vaxt açıqlandı
Rusiya neft sektorunda yaranan problemlərin əsas səbəblərindən biri Ukrayna müharibəsi fonunda enerji infrastrukturuna edilən hücumlardır. Ukrayna tərəfindən Rusiyanın neft bazalarına, neftayırma zavodlarına, neft ixracı logistikasına və yanacaqdoldurma məntəqələrinə zərbələr endirilir. Bu vəziyyət Rusiyanın neft hasilatından daha çox neftin emalı və daxili bazara çatdırılması prosesinə təsir göstərir. Nəticədə ölkənin daxili tələbatının yanacaqla təmin edilməsində çətinliklər yarana bilər. Yaranan bu çətinlik fonunda təbii ki, Rusiyanın neft ixracında da çətinlik yaranacaq. Bəs bu Cənubi Qafqazın əsas qaz idxal edən dövlətlərindən olan Azərbaycan üçün yeni əməkdaşlıq imkanları yarada bilərmi?

Crossmedia.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, Rusiyanın neft sektorundakı məhdudiyyətlər əsas etibarilə Ukrayna müharibəsi ilə bağlıdır: “Ukrayna aktiv şəkildə Rusiyanın neft bazalarını, neftayırma zavodlarını, neft ixracı logistikasını, yanacaqdoldurma stansiyalarını aktiv şəkildə vurur. Rusiyanın neft ehtiyatları heç vaxt tükənməyəcək. Neft, nə qaz – Rusiya dünyanın xammal mənbəyidir. Bir neçə onilliyə Azərbaycanda neft ehtiyatları əhəmiyyətli şəkildə tükənəcək. Amma Rusiyada belə bir risk yoxdur.
Əsas məsələ neft emalı zavodları, neftdaşıma, neft logistikası, yanacaq düzəltmə zavodlarıdır. Bunları Ukrayna aktiv şəkildə dronlarla vurur. Yəni söhbət ondan gedir. O da Rusiyada öz daxili tələbatının ödənməsində problem yaradır”.
Zeynəb Həsən
15:30 21.08.2026
Oxunuş sayı: 59