Bu oyunlar AZARKEŞSİZ keçiriləcək
Təbrizin “Traktor” və Tehranın “Persepolis” komandaları arasında bu mövsüm keçiriləcək hər iki qarşılaşma azarkeşsiz baş tutacaq.
Crossmedia.az xəbər verir ki, bunu İran Liqasının Təşkilat Komitəsinin mətbuat katibi Höccətullah Bəhmani bildirib.
Bəhmaninin sözlərinə görə, qərar mövsüm ərzində komandalar arasında keçiriləcək hər iki oyuna şamil olunacaq.
İlk qarşılaşma avqustun 24-də baş tutacaq.
11:55 21.08.2026
Oxunuş sayı: 52