Almaniyaya 360 min ton Azərbaycan nefti göndərilib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Almaniyaya 360 min 299 ton xam neft ixrac edib.
Crossmedia.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 210 milyon 855,8 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 45,5 %, dəyəri isə 40,9 % azdır.
Almaniyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 2,8 % olub.
Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları olan 12 milyon 722 min 590,97 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.
11:16 21.08.2026
Oxunuş sayı: 46