ABŞ-da TƏYYARƏ FACİƏSİ: Pilot və 7 sərnişin həlak oldu
ABŞ-ın Alyaska ştatında Cessna 441 təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 8 nəfərin hamısı həlak olub.
Crossmedia.az xəbər verir ki, “Anchorage Daily News” bu barədə məlumat yayıb.
İstintaqın ilkin məlumatına görə, təyyarə Ankoric şəhərindən Keyp-Nyuenhem istiqamətində uçurdu. Təyyarə Tedd Stivens adına hava limanından havaya qalxıb.
Qəza zamanı təyyarənin göyərtəsində pilot və 7 sərnişin olub.
Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Qəza ilə bağlı araşdırma aparılır.
10:43 21.08.2026
Oxunuş sayı: 64