KİV: ABŞ müttəfiqlərinin Vaşinqtona inamı sarsılır
ABŞ-nin müttəfiqləri zərurət yaranacağı təqdirdə Vaşinqtonun onları müdafiə edə biləcəyinə əmin deyillər.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ-nin müttəfiqləri Donald Trampın prezident postuna qayıtmasından sonra Vaşinqtonun niyyətləri ilə bağlı narahatlıq keçirirlər.
Hazırda İranla hərbi əməliyyatların ABŞ-nin silah və sursat ehtiyatlarını əhəmiyyətli dərəcədə azaltdığı bildirilir. Bu isə müttəfiqlərin Vaşinqtonun onları mümkün təhdidlərdən qorumaq imkanları ilə bağlı narahatlığını artırıb.
“The Wall Street Journal”ın məlumatına görə, İranla müharibə ABŞ-nin raket və hava hücumundan müdafiə sistemləri, o cümlədən “Patriot” və THAAD kompleksləri üzrə ehtiyatlarında ciddi çatışmazlıqları üzə çıxarıb.
09:58 21.08.2026
Oxunuş sayı: 55