Rusiya səmasında 325 Ukrayna PUA-sı vurulub
Rusiya hava hücumundan müdafiə sistemlərinin gecə ərzində ölkə ərazisi, eləcə də Qara və Azov dənizlərinin akvatoriyaları üzərində 325 Ukrayna pilotsuz uçuş aparatını vurduğu bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında PUA-ların Rusiyanın hansı regionları üzərində məhv edildiyi barədə ayrıca məlumat verilməyib.
Məlumat Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır və hadisə ilə bağlı qarşı tərəfin mövqeyi təqdim edilməyib.
09:56 21.08.2026
Oxunuş sayı: 59