UEFA reytinqində Azərbaycanın mövqeyi DƏYİŞMƏDİ
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Ölkə 21,937 əmsalla 26-cı pillədə qərarlaşıb.
Crossmedia.az xəbər verir ki, “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə Niderlandın “Tvente” klubuna 1:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın hesabına 0,250 əmsal əlavə edib.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində isə “Sabah”ın səfərdə İsrailin “Hapoel” (Beer-Şeva) klubuna 1:2 hesabı ilə məğlub olması ölkə reytinqinə əlavə xal gətirməyib.
Azərbaycanın ən yaxın rəqiblərindən Sloveniya 22,843 əmsalla 25-ci, Slovakiya isə 20,625 əmsalla 27-ci pillədədir. Reytinqə 101,907 əmsalla İngiltərə başçılıq edir.(report)
09:53 21.08.2026
Oxunuş sayı: 61