Azərbaycan nefti BAHALAŞDI
Dünya bazarında Azərbaycan neftinin “Azeri Light” markasının qiyməti 1,2 ABŞ dolları və ya 1,26 faiz artaraq 96,68 ABŞ dollarına yüksəlib.
Crossmedia.az xəbər verir ki, “Report” bu barədə neft bazarındakı mənbəyə istinadən məlumat yayıb.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 94,03 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti isə 1,25 ABŞ dolları və ya 1,36 faiz artaraq 93,04 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Azərbaycanda “Azeri Light” nefti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 faizdir.
09:39 21.08.2026
Oxunuş sayı: 54