İlon Mask ABŞ-nin dövlət borcu ilə bağlı xəbərdarlıq etdi
“SpaceX” şirkətinin rəhbəri, milyarder və sahibkar İlon Mask ABŞ-ın dövlət borcunun 50 trilyon dollara çatacağı təqdirdə ölkədə vəziyyətin kəskin pisləşəcəyi ilə bağlı fikirlə razılaşıb.
Crossmedia.az xəbər verir ki, “X” sosial şəbəkəsində bu barədə İlon Mask paylaşım edib.
Mask dövlət borcunun 50 trilyon dollara çatmasını ABŞ üçün “hər şeyin pisə doğru gedəcəyi” məqam kimi göstərən diaqrama münasibət bildirərək, “Qrafik dəqiqdir”, - deyə yazıb.
Qeyd edək ki, ABŞ-ın dövlət borcu daha əvvəl tarixdə ilk dəfə 40 trilyon dolları ötüb. Avqustun 18-nə olan məlumata görə, ölkənin ümumi dövlət borcu 40 trilyon 47 milyard dollar təşkil edib.
ABŞ-da qanunla müəyyən edilmiş dövlət borcu limiti isə 41 trilyon 103 milyard dollardır.
Artan dövlət borcu fonunda ABŞ Prezidenti Donald Tramp 2030-cu ilə qədər ölkədə illik kosmik uçuşların sayının 1 000-ə çatdırılmasını nəzərdə tutan memorandum da imzalayıb.
09:20 21.08.2026
Oxunuş sayı: 55