Ermənistan xarici işlər nazirinin yeni müavini təyin olunub
Ermənistan xarici işlər nazirinin yeni müavini Ani Avetisyan olub.
Crossmedia.az ˝Sputnik Armenia˝-ya istinadən xəbər verir.
Müvafiq qərarı ölkənin Baş naziri Nikol Paşinyan imzalayıb.
35 yaşlı Ani Avetisyan ixtisasca şərqşünasdır və əsasən ivrit dili üzrə ixtisaslaşıb. O, Kembric Universitetində təhsil alıb və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olub.
21:19 20.08.2026
Oxunuş sayı: 53