Bağbanların işini asanlaşdıran üsul: Xiyarları soda ilə qoruyun
Yayın sonlarında xiyarın aktiv meyvəvermə dövrü başlayır. Bağbanlar məhsuldarlığı artırmaq və bitkiləri xəstəliklərdən qorumaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Mətbəxdə olan adi soda da bu məqsədlə tətbiq oluna bilər.
Crossmedia.az xəbər verir ki, “UNIAN” xiyarların soda ilə işlənməsinin faydaları və düzgün tətbiqi barədə məlumat yayıb.
Soda göbələk əleyhinə xüsusiyyətlərə malikdir və xiyar bitkilərində bəzi xəstəliklərin, o cümlədən unlu şeh və boz çürümənin qarşısının alınmasına kömək edə bilər. Həmçinin bitkiləri mənənə və bəzi gənə növlərindən qorumaq üçün istifadə olunur.
Soda məhlulunun torpağın turşuluğunu azaltmağa və göbələklərin yayılmasının qarşısını almağa da kömək etdiyi bildirilir. Lakin vasitədən həddindən artıq istifadə etmək tövsiyə olunmur. Soda ilə işlənmənin təxminən iki həftədə bir dəfədən çox aparılmaması məsləhətdir.
04:40 21.08.2026
Oxunuş sayı: 47