Ukraynalıların avtomobil seçimi bəlli oldu – Bu modellər önə çıxdı
Başlıq: Ukraynalıların avtomobil seçimi bəlli oldu – Bu modellər önə çıxdı
Ukraynada iyul ayında yeni avtomobil bazarında krossoverlərə maraq üstünlük təşkil edib.
Crossmedia.az xəbər verir ki, Ukraynanın “Ukravtoprom” assosiasiyası bu barədə məlumat yayıb.
İyul ayında ölkənin avtomobil parkına 5 754 yeni minik avtomobili əlavə olunub. Onların 59 faizini fiziki şəxslər, 41 faizini isə hüquqi şəxslər alıb.
2025-ci ilin iyulu ilə müqayisədə fiziki şəxslərin yeni avtomobil alışları 19 faiz azalıb. Korporativ seqmentdə isə satışlar 6 faiz artıb.
Həm fiziki şəxslər, həm də şirkətlər arasında krossoverlər ən populyar avtomobil növü olub. Bu modellərə marağın əsas səbəbləri arasında yüksək klirens, Ukrayna yollarına uyğunluq və geniş salon göstərilir.
Fiziki şəxslərin üstünlük verdiyi modellər arasında ilk sırada Toyota RAV4 yer alıb – 278 ədəd. İkinci yerdə Hyundai Tucson (199 ədəd), üçüncü yerdə isə Škoda Kodiaq (150 ədəd) qərarlaşıb.
İlk dördlüyü 140 satış göstəricisi ilə Mazda CX-5 tamamlayıb.
03:30 21.08.2026
Oxunuş sayı: 43