Ukrayna qüvvələri Xarkov vilayətində irəliləyib
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin şimalında yerləşən Belıy Kolodets ərazisində irəliləyib.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bu barədə məlumat yayıb.
ISW analitiklərinin bildirdiyinə görə, Xarkov vilayətinin şimalında Rusiya qüvvələrinin əsas məqsədi Ukrayna hərbçilərini beynəlxalq sərhəddən geri çəkərək Belqorod vilayəti yaxınlığında müdafiə bufer zonası yaratmaq və Xarkov şəhərinə lüləli artilleriyanın atəş məsafəsinə qədər yaxınlaşmaqdır.
Hesabatda qeyd olunur ki, avqustun 18-də yayılan və coğrafi koordinatlarla təsdiqlənən görüntülər Ukrayna qüvvələrinin Belıy Kolodetsin şimalında irəlilədiyini göstərir.
ISW-nin qiymətləndirməsinə əsasən, Belıy Kolodets Xarkov şəhərinin şimalında yerləşir və bölgədəki döyüşlər Rusiya qüvvələrinin sərhəd xəttindən Ukrayna qüvvələrini geri çəkmək məqsədi ilə apardığı əməliyyatların tərkib hissəsidir.
12:56 20.08.2026
Oxunuş sayı: 56